“Tottenhem”in yarımmüdafiəçisi Tanqi Ndombele PSJ-nin maraq dairəsindədi.
Newsport.az xəbər verir ki, futbolçu özü Paris klubuna keçməkdə maraqlıdı.
Yaxın günlərdə PSJ ilə futbolçunun agentilə masa arxasına oturacaq. Fransa nəhəngi 25 yaşlı futbolçunu icarəyə götürə bilər.
Mövsüm sonunda isə PSJ onun trasnferi üçün London klubuna müəyyən məbləğ ödəyəcək.