"Qalatasaray" uduzdu

Türkiyə Superliqasında 22-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib. “Rizəspor” doğma meydanda “Antalyaspor”a, “Alanyaspor” isə “Hatayspor”a qalib gəlib. “Qalatasaray” isə  doğma meydanda “Kasımpaşa”ya uduzub.

Qeyd edəki ki, turnir cədvəlinə 51 xalla "Trabzonspor" başçılıq edir. "Konyaspor" 42 xalla 2-ci, "Fənərbaxça" 36 xalla 3-cüdür.

20 yanvar
 
"Rizəspor" – "Antalyaspor" - 2:1
Qol: Pohyanpalo, 43, Gönül, 58 – Rayt, 37
 
"Alanyaspor" – "Hatayspor" - 6:0
Qol: Akbaba, 17, 59, 74, Eduardo, 31, Aydın, 77, 80

 "Qalatasaray" – "Kasımpaşa" - 1:3
Qol: Dərvişoğlu, 39 – Donk, 45+3, Bozok, 60, Varqa, 90+5





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right