"Lill" heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, Fransanın son çempionu Hatem Ben Arfanı heyətinə qatıb.
Klub fransalı ilə 6 aylıq müqavilə imzalayıb.
Son dəfə “Bordo”da çıxış etmiş 34 yaşlı oyunçu üçün transfer haqqı ödənilməyib.
O, "Lill"də 11 nömrəli formanı geyinəcək