Şevçenkonun "Qalatasaray"ı çalışdırmasına kim mane olub?

“Cenoa”nın yollarını ayırdığı Andrey Şevçenko karyerasını Türkiyədə davam etdirə bilərmiş.

Newsport.az xəbər verir ki, “Qalatasaray” ukraynalı mütəxəssislə yanvarın ilk günlərində danışıqlar aparıb. Ötənlərin tanınmış futbolçusu özü də “cim-bom” rəsmilərinə Türkiyədə çalışmağa hazır olduğunu bildirib.

Maraqlısı orasındadır ki, “Qalatasaray” yanvarın 11-də Domenek Torrentlə anlaşdığını açıqlayandan 4 gün sonra “Cenoa” Şevçenkonu istefaya göndərib.

​Ehtimal edilir ki, Genuya təmsilçisi ukraynalı məşqçinin "Qalatasaray"a keçidinə əngəl olmaq üçün bir qədər gözləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right