Kane qol ötürməsi etdi, komandası pley-offa yüksəldi

"Neftçi"nin futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika Millətlər Kubokunda növbəti matçına çıxıb.

Newsport.az xəbər verir ki, komanda 3-cü turda Zimbabve ilə qarşılaşıb.

Kane Qvineya millisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatan matçda 90 dəqiqə meydanda olub. O, 49-cu dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.

Məğlubiyyətə baxmayaraq Qvineya millisi qrupda 2-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan Mamadu Kane "Neftçi"də icarə əsasında çıxış edir.....





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right