Levandovski "The Best" mükafatının sahibi oldu

FİFA-nın 2021-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Lionel Messi (PSJ) və Məhəmməd Salahı ("Liverpul") qabaqlayıb.33 yaşlı  oyunçu ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb.

Levandovski 69 qolla 2021-ci ilin ən yaxşı bombardiri olub. Polşalı futbolçu ötən mövsüm Almaniya çempionu və Almaniya Superkubokunun sahibi olub.

Qeyd edək ki, "Barselona"nın oyunçusu Aleksiya Putelyas ilə ilin ən yaxşı qadın futbolçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right