Benzema ən yaxşı seçildi

“France Football” nəşri 2021-ci ilin ən yaxşı fransalı futbolçusunun adını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, “Real”ın hücumçusu Kərim Benzema ən yaxşı adına layiq görülüb. 34 yaşlı forvard 4-cü dəfə bu mükafatı qazanıb.

Benzema bu mövsüm “Real”ın heyətində 26 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 2020-ci ildə pandemiyaya görə verilməyən mükafatı 2018, 2019-cu illərdə PSJ-nin hücumçusu Kilian Mbappe qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right