Vəziyyət dəyişməsə, Dibala gedəcək

“Yuventus”un futbolçusu Paulo Dibala komandanı tərk edə bilər. 

Newsport.az "TyC Sport"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu klubdan narazıdır. Əgər A seriyası təmsilçisi durumu dəyişməsə, o, “Yuventus”la müqaviləsini yeniləməyəcək. 

Dibala Turin klubunun müqaviləni uzatmaq üçün şərtləri yenidən müzakirə etməsinə görə əsəbiləşib. “Yuventus” oyunçunun maaşını artırmayacağını və ən yaxşı halda hazırkı şərtlərdə sözləşmə imzalayacaqlarını bildirib. Argentinalı futbolçu isə bundan narazıdır. O, artıq digər klublardan təklif gözləyir. 

Qeyd edək ki, Dibalanın hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right