PSJ-nin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin komandada qalıb-qalmaması haqda danışıb.
Newsport.az-ın məlumatına görə, argentinalı çalışdırıcı fransalı futbolçu haqda bunları deyib: "Klub Mbappenin uzun illər burada qalmasını istəyir.
Biz özümüz də istəyirik ki, o, PSJ-də qalsın. Bu, məlum məsələdi. Hamımız da ümid edirik ki, Kilian PSJ-də qalaraq bizə kömək edəcək".