"Bavariya" 4 futbolçusunu itirdi

Almaniyanın "Bavariya" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisinin futbolçuları Manuel Noyer, Kinqsli Koman, Korentin Tolisso və Omar Riçardsın COVİD-19 testlərinin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Koronavirusa yoluxan futbolçular karantinə alınıb.

Qeyd edək ki, "Bavariya" Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində yanvarın 7-si Münhenqladbax "Borussiya"sı ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right