VAR sistemi ilə bağlı üçüncü seminar

Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti – üçüncü seminar keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbir AFFA və Türkiyə Futbol Federasiyası arasındakı qarşılıqlı əməkdaşlıq əsasında gerçəkləşib.

Seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının video-operatorları iştirak edib.

Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin qatıldığı dərslərdə nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.

VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar 2 - 4 noyabrda, ikinci seminar 30 noyabr - 2 dekabrda təşkil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right