Çerçesov Macarıstan klubunu çalışdıracaq

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Macarıstanın "Ferentsvaroş" klubunu çalışdıracaq. Bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, 2016-2021-ci illərdə Rusiya yığmasını çalışdıran Çerçesov Moskvanın "Spartak" və "Dinamo", "Terek", "Amkar" və Polşa "Legiya"sının da baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right