“Şalke”dən Dadaşovsuz heç-heçə

Futbol üzrə Almaniya ikinci Bundesliqasında 18-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Rüfət bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Şalke” bu mövsüm ikinci Bundesliqada keçirdiyi 18 oyunda 30 xal toplayıb. Bu komanda hazırda 18 kollektiv arasında dördüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right