“Borussiya” səfərdən xalsız döndü

Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Lider “Bayern” doğma meydanda “Volfsburq” komandasını qəbul edib. Münhen təmsilçisi doğma meydanda darmadağına sevinib.

Dortmund “Borussiya”sı bu turda Berlində “Herta”nın qonağı olub və məğlubiyyətlə üzləşib. “Leyptsiq” də “Arminiya” ilə ev oyununda xalsız qalıb. “Ayntraxt” isə “Maynts”ı məğlub yola salıb.

Tura “Köln” – “Ştutqart” matçıyla yekun vurulacaq.

Almaniya Bundesliqası, 17-ci tur

17 dekabr

Bayern – Volfsburq 4:0
Qol: Müller, 7. Upamekano, 57. Sane, 59. Levandovski, 87.

18 dekabr

Ayntraxt – Maynts 1:0
Qol: Lindstrom, 35.

Bohum – Yunion 0:1
Qol: Kruse, 16.

Qroyter – Auqsburq 0:0

Leyptsiq – Arminiya 0:2
Qol: Serra, 57. Okuqava, 75.

Hoffenhaym – Borussiya M 1:1
Qol: Akpoquma, 90+1 – Embolo, 35.

Herta – Borussiya D 3:2
Qol: Belfodil, 51. Rixter, 57; 69 – Brandt, 31. Tiqqes, 83.

19 dekabr

18:30 Frayburq – Bayer
20:30 Köln – Ştutqart

Bombardir: Robert Levandovski (Bayern) – 18 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right