Haland ancaq bu şərtlə “Barselona”ya keçə bilər

Almaniyanın “Borussiya” klubunun futbolçusu Erlinq Haland yayda “Barselona”ya keçə bilər.

Newsport.az xəbər verir ki, norveçli hücumçunun Kataloniya təmsilçisinə keçmək üçün yalnız bir şərti var. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Haland “Barselona”nın Çempionlar Liqasında vəsiqə qazanacağı halda, bu kluba keçə bilər. Kataloniya təmsilçisi mövsümün sonunda turnirdə iştirak hüququ əldə etməsə, 21 yaşlı hücumçu “Barseloan”dan imtina edəcək.

“Barselona” Halandı heyətinə qatmaq üçün planlar qurur. Klubun yayda maliyyə vəziyyəti yaxşılaşsa, bir nömrəli hədəf Haland olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right