Hava limanında Maradonanın heykəli ucaldıldı

Əfsanəvi futbolçu Dieqo Maradonanın Buenos-Ayres beynəlxalq hava limanındakı heykəlinin açılışı olub. 

Newsport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Heykəlin 3D formatında hazırlandığı bildirilib. Heykəltəraşlar bu əsəri yaratmaq üçün Maradonnanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında himn səsləndirilməsi zamanı çəkilən şəkillərindən istifadə ediblər. 

Məlumatda o da qeyd olunub ki, “Airports Argentina 2000” şirkətinin rəhbəri Eduardo Eurnekyanın sözlərinə görə, o, Maradona sağ olarkən futbolçuya heykəlinin ucaldılmasını təklif edib. Oyunçu isə həmin vaxt heykəlin hava limanında yerləşdirilməaini istəyib. 

Qeyd edək ki, Maradona ötən il noyabrın 25-də 60 yaşında ürək tutmasından vəfat edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right