Dadaşov "Şalke"nin əsas komandasında debüt etdi

Millimizin sabiq üzvü Rüfət Dadaşov "Şalke"nin əsas komandasında debüt edib.

Newsport.az-ın məlumatına görə, komandanın bir sıra aparıcı futbolçusu sıradan çıxdığından baş məşqçi Dimitrios Qrammozis 2-ci Bundesliqanın 16-cı turunda "Sankt-Pauli" ilə oyunda əvezidici komandada çıxış edən Dadaşovu start heyətdə meyana buraxıb. 30 yaşlı forvard 81-ci dəqiqədə əvəzlənib. "Şalke" səfər matçında 1:2 hesabı ilə məğlub olub.

 

"Sankt-Pauli" - "Şalke" - 2:1

Qollar: Burqstaller, 20, 39 - Zalazar, 75

Hazırda "Sankt-Pauli" 35 xalla 1-ci, "Şalke" 26 xalla 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right