Braziliyalı məşqçi Artur Ziko özünə yeni iş yeri tapıb.
Newsport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəsis karyerasını Hindistanda davam etdirəcək. Belə ki, Ziko "Goa" klubunun yeni baş məşqçisi təyin olunub. O, komanda ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Zikonun sonuncu iş yeri Qətər klubu "Al Qaraf" olub.