Neymar Argentina ilə oyunu buraxacaq

Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-nin seçmə mərhələsində Argentinaya qarşı oynaya bilməyəcək .

Newsport.az-ın məlumatına görə, PSJ-nin futbolçusunun əzələlərində problem yaranıb və bu səbəbdən o, Argentinaya uçmayıb.

Neymar narahatlığını məşqçilər heyətinə bildirib. Braziliya artıq dünya çempionatına yüksəldiyindən və Paris klubunun qarşıda Çempionlar Liqasında “Mançester Siti” ilə vacib oyunu olduğundan futbolçunun heyətə daxil edilməməsinə qərar verilib.

Braziliya və Argentina yığmaları noyabrın 17-də qarşılaşacaqlar.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right