Azərbaycan yığmasının sabiq baş məşqçisi Rusiya yığmasını tənqid edib

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Rusiya yığmasının Xorvatiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunundakı çıxışını tənqid edib.

Newsport.az məlumatına görə, 52 yaşlı xorvatiyalı mütəxəssis "Sport-Express"ə müsahibəsində ölkəsinin meydanda rəqibdən yaxşı olduğunu bildirib.

Prosineçki bu səbəbdən, qələbəyə layiq olduqlarını söyləyib: "Daha çox qol şansı yaratdıq və tez-tez qapıya zərbələr endirdik. Rusiya Splitə ancaq müdafiə olunmaq üçün gəlmişdi. Komanda futbol oynamaq istəmir, sadəcə, hesabı saxlamağa çalışırdı. 90 dəqiqə müdafiə olunmaq mümkün deyil. Biz isə məqsədimizə çatdıq və Qətərə gedirik. Bu uğur bütün xorvatlar üçün çox vacibdir. Biz xoşbəxtik".

Təcrübəli baş məşqçi Rusiya seçməsinin pley-offdakı şanslarını da dəyərləndirib: "Komanda üçün çox çətin olacaq. Rusiya öz oyununu təkmilləşdirməlidir və hücum haqqında düşünsə, dünya çempionatına gedəcək".

Qeyd edək ki, Xorvatiya 1:0 hesablı qələbə sayəsində final mərhələsinə vəsiqə qazanıb. Yeganə qolu Fyodor Kudryaşov öz qapısına vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right