Premyer Liqa klubunda yeni baş məşqçi

"Norviç Siti"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Din Smit çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Din Smitin son iş yeri "Aston Villa" olub. O, bir neçə gün öncə istefaya göndərilib və əvəzinə Stiven Cerrard gətirilib. 

Qeyd edək ki, “Norviç Siti” 11 turdan sonra 5 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right