Dadaşov oynamadı, "Şalke" qalib gəldi

Almaniyanın Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası doğma meydanda “Lippştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right