Azərbaycan - Norveç oyununa hakim təyinatları

U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Norveçlə oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı Yunanıstan Futbol Federasiyasından Vasilis Fotias idarə edəcək.  Ona Xrisula Kurobiliya və Andreas Mentanas köməklik göstərəcək. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right