Emiliano Salanın ölümünə görə biznesmeni həbs etdilər

Mərhum futbolçu Emiliano Salanın ölümü ilə nəticələnən uçuşun təşkilatçısı David Hendersonla bağlı məhkəmə qərarı açıqlanıb.

 

Newsport.az xəbər verir ki, 67 yaşlı iş adamı pilot və oyunçunun təyyarə qəzasına düşərək həlak olmalarına gətirib çıxaran səhlənkarlıqda və uçuşlara təhlükə yaratmaqda ittiham edilir. Daha əvvəl Henderson reysin həyata keçirilməsinə icazə olmadan uçuşu təşkil etdiyini boynuna alıb. Biznesmenin 18 ay azadlıqdan məhrum edilməsi qərara alınıb.

 

Emiliano Salanın təyyarəsi 2019-cu ildə La-Manşda qəzaya uğramış, argentinalı həlak olmuşdu. Həmin vaxt yüngül və təkmühərrikli "Piper Malibu" təyyarəsində pilot Deyv İbbotson və futbolçu Emiliano Sala olub. Ölümündən əvvəl Sala Uels "Kardiff"i ilə müqavilə bağlayıb. Bu transfer qarşılığında Fransa "Nant"ı ilə 17 milyon avroluq anlaşma əldə olunub. Hadisə vaxtı hücumçunun 28 yaşı olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah