Premyer Liqada ayın futbolçusu

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı oyunçusu açıqlanıb.

Newsport.az turnirin rəsmi saytına istinadən xəbə verir ki, "Liverpul”un hücumçusu Məhəmməd Salah ötən ayın ən yaxşısı seçilib.

Misirli futbolçu ötən ay 4 oyunda 5 qol vurub və 4 assistə imza atıb. 

Salah digər namizədlər Ben Çiluell (“Çelsi”), Maksvell Korne (“Bernli”), Filip Foden (“Mançester Siti”), Valentino Livramento (“Sauthempton”), Aaron Ramsdeyl (“Arsenal”), Deklan Rays (“Vest Hem”) və Yuri Tilemansı (“Lester”) qabaqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right