“Liverpul”un hücumçusu millidə sıradan çıxdı

“Liverpul”un hücumçusu Sadio Mane sıradan çıxıb. Newsport.az xəbər verir ki, seneqallı futbolçu millisinin DÇ-2022-in seçmə mərhələsi çərçivəsində Toqoya qarşı keçirdiyi oyunda zədələnib. 
 
Matçın 27-ci dəqiqəsində xəsarət alan Mane meydanı tərk etmək məcburiyyətinə qalıb. Onun qabırğa və omba nahiyyəsindən zədə aldığı bildirilir. Sadionun bu gün "Liverpul"un düşərgəsinə qayıdacağı bildirilir. 
 
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right