Millinin baş məşqçisi ilinə 7 milyon qazanacaq

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt yerli federasiya ilə müqavilə müddətini uzada bilər.

Newsport.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası 51 yaşlı məşqçiyə yeni müqavilə təklif edib. Müqaviləyə əsasən o, illik 7 milyon avro maaş qazanacaq. Sautqeytə yerli klublardan təkliflər olduğundan federasiya ona cəlbedici təklif göndərib.

Əgər Sautqeyt bu təklifi qəbul edərsə, İngiltərə millisində çalışmış ən yüksək ödənişli məşqçilər sırasına daxil olacaq. Ona qədər Fabio Kapello millidə illik 7 milyon avro maaş qazanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right