Braziliya millisi mundiala vəsiqəni təmin etdi

Bu gün DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 13-cü turuna start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Lider Braziliya yığması bu turda Kolumbiyanı minimal hesabla məğlub edib. Bununla da, “sambaçı”lar çempionatın əsas mərhələsinə vəsiqəni təmin edib.

Peru Boliviya, Ekvador isə Venesuela üzərində qələbəyə sevinib.

Tura Uruqvay – Argentina matçıyla yekun vurulacaq.

DÇ-2022-nin seçmə mərhələsi
13-cü tur

12 noyabr

Ekvador – Venesuela 1:0
Qol: Pyero İnkapye, 41.

Paraqvay – Çili 0:1
Qol: Antoni Silva, 56-avtoqol.

Braziliya – Kolumbiya 1:0
Qol: Lukas Paketa, 72.

Peru – Boliviya 3:0
Qol: Canluka Lapadula, 9. Kristian Kueva, 31. Serxio Pena, 39.

14 noyabr

03:00 Uruqvay – Argentina

Xal durumu: Braziliya – 34, Argentina – 25, Ekvador – 20, Çili – 16, Kolumbiya – 16, Uruqvay – 16, Peru – 14, Paraqvay – 12, Boliviya – 12, Venesuela – 7.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right