Pol Poqba klubu “Mançester Yunayted”lə gələn ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəyir.
Newsport.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi bir şərtlə komandada qalacağını bildirib. O, klubdan həftəsinə 585 min avro tələb edir ki, bu da ən yüksək maaş sayılır. Əgər tələb yerinə yetirilərsə, Poqba Kriştiano Ronaldonu da qabaqlamaqla “qırmızı şeytanlar”ın ən çox qazanan oyunçusu olacaq.