Peyvənddən imtina edən almaniyalı futbolçunun maaşı kəsilə bilər

Almaniyanın "Bavariya" klubunun futbolçusu Yozua Kimmix maaşının bir hissəsini itirə bilər.

Newsport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, səbəb 26 yaşlı yarımmüdafiəçinin koronavirusa qarşı peyvəddən imtina etməsidir.

O, koronavirus testi müsbət çıxan komanda yoldaşı Niklas Züle ilə təmasda olduğu üçün Almaniya millisinin heyətindən uzaqlaşdırılıb.

Kimmix peyvənddən imtina etdiyindən, karantinə düşməyə məcbur olub. Münhen təmsilçisi oyunçunun olmadığı dönəmdə maaşını ödəməmək hüququna malikdir. Yarımmüdafiəçi bir həftə karantində qalsa, 384 000 avro itirə bilər.

Qeyd edək ki, Almaniya parlamentinin qərarına əsasən, işəgötürənlərin karantinə salınan və peyvənd olunmamış vətəndaşlara maaş ödəmək hüququ var.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah