Azərbaycan kubokunun püşkü atıldı Yenilənib

Bu gün Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbir AFFA-nın inzibati binasında təşkil olunub. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. Əlavə edək ki, "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib.

Püşkün nəticəsinə görə, 1/8 final, 1/4 və 1/2 final aşağıdakı cütlüklər şəklində olacaq.

1/8 final
(10-11 dekabr 2021-ci il)


1. "Səbail" - "Zaqatala"
2. "Sabah" - "Kəpəz"
3. "Qəbələ" - MOİK
4. "Keşlə" - "Qaradağ-Lökbatan"

1/4 final
(1-2 və 12-13 fevral 2022-ci il)


5. "Zirə"  – 1-ci cütün qalibi
6. "Neftçi" – 2-ci cütün qalibi
7. "Sumqayıt" – 3-cü cütün qalibi
8. "Qarabağ" – 4-cü cütün qalibi

1/2 final
(20 və 29 aprel)

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

Final
(27 may)
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right