"Arsenal" 4 futbolçu transfer etməlidi"

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri London klubunun hazırki durumunu müzakirə edib.

Newsport.az-ın məlumatına görə, fransalı “topçular”ın hansı transferə ehtiyac duyduğunu dilə gətirib:

“Arsenal” 4 yeni transfer etməlidi. Bunlar qapıçı, mərkəz müdafiəçisi, topla oynaya bilən yarımmüdafiəçi və qol vura bilən hücumçudu. Məhz bundan sonra “Arsenal” yenidən çempionatı qalib başa vura bilər”.

​Hazırda Belçika yığmasında köməkçi məşqçi kimi işləyən Anri 1999-2007 və 2012-ci ildə "Arsenal"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right