Namik Ələskərovun komandası səfərdə hücuma məruz qaldı

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun da çıxış etdiyi “Bursaspor” azarkeşlərin hücumuna məruz qalıb. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun sosial şəbəkə hesabları məlumat yayıb. Hadisə Türkiyə 1-ci Liqasının 12-ci turunda “Kocaelispor”la səfər oyunundan əvvəl baş verib. Komanda stadiona daxil olarkən yerli fanatlar avtobusu təpikləyib və butulkalar atıblar.

Qeyd edək ki, 1:2 hesabı ilə məğlub olan “Bursaspor”un yeganə qoluna penaltidən Namik Ələskərov imza atıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right