PSJ-dən səfər qələbəsi

Futbol üzrə Fransa Liqa 1-də 13-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Lans” doğma meydanda “Trua”nı böyük hesabla məğlub edib.

“Lill” doğma meydanda “Anje”ni sınağa çəkib və xal itkisi ilə üzləşib. Lider PSJ isə səfərdə “Bordo”nu məğlub edib.

“Marsel” “Mets”in müqavimətini qırmağa çalışacaq. Turun son matçında “Renn”lə “Lion” üz-üzə gələcək.

Fransa Liqa 1, 13-cü tur

5 noyabr

Lans – Trua 4:0
Qol:
Kalimuendo, 14. Said, 30. Klauss, 35. Frankovski, 60.

6 noyabr

Lill – Anje 1:1
Qol:
Dyalo, 27 – Unahi, 83.

Bordo – PSJ 2:3
Qol:
Elis, 78. Nyanq, 90+1 – Neymar, 26; 43. Mbappe, 63.

7 noyabr

16:00 Marsel – Mets
18:00 Loryan – Brest
18:00 Nant – Strasburq
18:00 Reyms – Monako
18:00 Sent-Etyen – Klermon
20:00 Nitsa – Monpelye
23:45 Renn – Lion

Bombardir: Conatan Devid (Lill) – 8 qol.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah