“Bayern” qalib gəldi, “Borussiya” uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 11-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında Mönhenqladbax “Borussiya”sı səfərdə “Maynts”ın qonağı olub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Şənbə günü beş qarşılaşma baş tutub. “Bohum” “Hoffenhaym”ı, “Volfsburq” “Auqsburq”u məğlub yola salıb. “Ştutqart” isə evdə “Arminiya”ya uduzub.

Lider “Bayern” bu turda “Frayburq”u sınağa çəkib və çətin qələbəyə sevinib.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Leyptsiq”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu matç da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Almaniya Bundesliqası, 11-ci tur

5 noyabr

Maynts – Borussiya M 1:1
Qol:
Vidmer, 76 – Noyhaus, 38.

6 noyabr

Bayern – Frayburq 2:1
Qol
: Qoretska, 30. Levandovski, 75 – Haberer, 90+3.

Bohum – Hoffenhaym 2:0
Qol:
Novotnı, 66. Pantoviç, 90+7.

Volfsburq – Auqsburq 1:0
Qol:
Nmeça, 14.

Ştutqart – Arminiya 0:1
Qol:
Okuqava, 19.

Leyptsiq – Borussiya D 2:1
Qol:
Nkunku, 29. Poulsen, 68 – Roys, 52.

7 noyabr

18:30 Herta – Bayer
20:30 Köln – Yunion
22:30 Qroyter – Ayntraxt F

Bombardir: Robert Levandovski (Bayern) – 12 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right