"Mançester Siti"nin sahibləri 11-ci klub alırlar

"Mançester Siti"nin sahibi Şeyh Manour bin Zayed Al Nahyan səhmlərini almaq istədiyi klubların sayını artırmağı düşünür.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Bildirilib ki, onun rəhbəri olduğu "City Football Group"un təmsilçiləri ötən həftəsonu "Spartak"ın (Moskva) baş meneceri ilə görüşüb. Mançester təmsilçisinin sahibinin Rusiya klubunun səhmlərinin 20 faizini almaq istədiyi bildirilib. Razılıq əldə olunacağı təqdirdə, "City Football Group"un klublarının sayı 11-ə yüksələcək. Qrup "City Football Group" "Mançester Siti"i başda olmaqla, "Nyu-York Siti", "Melbörn Siti" (hər ikisi ABŞ), "Yokohama F Marinos"(Yaponiya), "Montevideo Siri Torque"(Uruqvay), "Jirona"(İspanya), Siçuan Jiuniu(Çin), Mumbai Siti (Hindistan), "Lommel SK" (Belçika) və "Trua" (Fransa) klublarının da sahiblərindəndir.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən olan Şeyh Manour bin Zayed Al Nahyanın sərvətinin 22 milyard dollar olduğu təxmin edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right