Ronaldo, Messi, Levandovskidən sonra Benzema bunu bacardı

"Real"ın futbolçusu Kərim Benzema üçün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"la (Donetsk) matç (2:1) əlamətdar olub.

Newsport.az "Squawka Football”a istinadən xəbər verir ki, sözügedən oyunda dubla imza atan fransalı hücumçu ÇL-də 74 və 75-ci qollarını vurub. Bununla da o, bu turnirdə 75 qol vurmağı bacaran 4-cü futbolçu olub.

Qeyd edək ki, bundan əvvəl Kriştiano Ronaldo (139 qol), Lionel Messi (123 qol), Robert Levandovski (81 qol) bu səddə çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right