Varanın son durumu müəyyənləşdi

"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan bud nahiyəsindən aldığı zədə səbəbindən qarşıdakı oyunlarda komandaya kömək etməyəcək.

Newsport.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, fransalı oyunçu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Atalanta” ilə oyununda (2:2) zədələnib.

Onun sağalması 3-4 həftə çəkəcək. Beləliklə, Varan "Mançester Yunayted"lə oyunlardan əlavə, DÇ-2022-nin seçmə mərhələsində Fransa millisinin matçlarını buraxacaq.

Qeyd edək ki, Rafaelin noyabrın 30-da "Arsenal"a qarşı keçirəcəkləri Premyer Liqaya görüşündən əvvəl sıraya qayıdacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right