"Çelsi"yə kömək edə bilməyəcək

"Çelsi"nin futbolçusu Nqolo Kante Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Malmö" ilə oyunu buraxacaq.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi komanda ilə birgə İsveçə getməyib. Əzələsində yorğunluqdan şikayətlənən Kante Londonda qalıb, orada müalicə olunacaq.

Qeyd edək ki, bu gün keçiriləcək "Malmö" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right