PSJ-dən Ramos açıqlaması

PSJ-nin idman direktoru Leonardo komandanın müdafiəçisi Serxio Ramosla müqaviləni ləğv edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Newsport.az "Footballa Espana"ya istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: "Biz Ramosun komandaya zədəli vəziyyətdə gələcəyini bilirdik.  İspan və fransız mətbuatları oyunlar oynayırlar, amma biz onun problemləri haqqında  məlumatlı idik. Dəhşətli heç nə baş verməyib. Futbolçunun  sağalmasından xəbərdarıq".

Qeyd edək ki, yayda "Real"dan PSJ-yə azad agent kimi keçən Ramos zədə səbəbindən hələ də yeni klubunda debüt edə bilməyib. Buna görə də Paris təmsilçisinin ispan oyunçu ilə müqaviləni ləğv etmək istədiyi barədə xəbərlər yayılmışdı.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right