FIFA qalmaqallı oyunla bağlı qərarını açıqladı

FIFA DÇ-2022-nin seçmə mərhələsində Albaniya – Polşa matçında baş verənlərlə bağlı qərarı açıqlayıb.

 

Newsport.az xəbər verir ki, ali futbol qurumu azarkeşlərin davranışlarına görə Albaniya Futbol Federasiyasını 150 min İsveçrə frankı məbləğində cərimə edib. Bundan başqa, Albaniya millisi Andorraya qarşı seçmə mərhələnin sonuncu ev oyununu azarkeşsiz keçirəcək.

 

Albaniya – Polşa matçının 77-ci dəqiqəsində qonaq komandanın futbolçusu Karol Sviderskinin vurduğu qoldan sonra yerli azarkeşlər meydana yad əşyalar atıblar. Nəticədə, fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Daha sonra bərpa olunan oyun Polşa millisinin qələbəsi ilə başa çatıb - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right