Abdulla Zubir Konfrans Liqasında ən yaxşılar arasında

“Qarabağ”ın futbolçuları növbəti dəfə Konfrans Liqasında fərqlənib.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk 3-lükdə qərarlaşıb.

O, qrup mərhələsinin 3-cü turunda Bakıda “Kayrat” qalib gəldikləri (2:1) matçda 79 dəqiq ötürmə müəllifi olub. Medina bu göstəricidə yalnız “Makkabi”nin (Təl-Əviv) futbolçusu Luis Ernandesdən (99) geri qalır.

Eyni zamanda Medina oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. O, bu göstəricidə də ikincidir.

Ağdam klubunun fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə “Kayrat”la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb. Bununla o, ən yaxşı 6 futbolçu arasında yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right