"Real"ın sabiq futbolçusu La Liqaya qayıtdı

"Napoli"nin müdafiəçisi Rafa Marin karyerasını ölkəsində davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Vilyarreal" ispaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məllumat yayıb.

23 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünü "Vilyarreal"da keçirəcək. La Liqa klubu 15 milyon avro ödəməklə oyunçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Napoli" Rafa Marini 2024-cü ilin yayında "Real"dan transfer edib. İspaniya U-21 millisinin sabiq üzvü Neapol təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right