Premyer Liqa klubunda yeni müqavilə

“Everton” müdafiəçisi Carred Brantueytlə müqaviləsinin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Brantueyt 2020-ci ilin yanvar ayından “Everton”da çıxış edir. Mərkəz müdafiəçisi ötən mövsüm komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right