Ulduz futbolçu avtomobil qəzasında öldü

“Liverpul”un ulduz futbolçusu Dioqo Jota avtomobil qəzasında həyatını itirib. Newsport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

28 yaşlı portuqal oyunçu İspaniyanın Zamora bölgəsində qəzaya uğrayıb. O, hadisə yerində vəfat edib.

D.Jota avtomobildə tək olmayıb. Onun qardaşı Andre Jota da avtomobildə olub.

Yüksək sürətlə hərəkət edən yoldan çıxaraq alovlanıb.

Mətbuatın yazdığına görə, Jotanın qardaşı da qəzada həlak olub.

Qeyd edək ki, Dioqo Jota 5 gün əvvəl evlənmişdi. Onun 2 oğlu var.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right