"Neftçi" yeni mövsümə hazırlaşır

"Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Newsport.az xəbər verir ki, komandanın üzvləri bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıblar. Əvvəlcə “Neftçi” Futbol Mərkəzindəki fitnes zalında hazırlaşan “ağ-qaralar” daha sonra meydana çıxaraq toplu və taktiki çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq “Neftçi” orada 4 yoxlama görüşü keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right