"Beşiktaş"ın futbolçusu Almaniya klubu ilə anlaşdı

"Beşiktaş"ın futbolçusu Milot Raşitsa karyerasını Almaniyada davam etdirə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Münhenqladbax "Borussiya"sı kosovolu vingeri transfer etmək istəyir.

Raşitsa Bundesliqa klubunun təklifini qəbul edib. İstanbul nəhəngi oyunçusunun satışından 10 milyon avro gəlir əldə etməyi planlaşdırır. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Beşiktaş" Milot Raşitsanı 2023-cü ilin yayında "Norviç Siti"dən transfer edib. 29 yaşlı futbolçu ötən mövsüm "qara qartallar"ın heyətində keçirdiyi 41 oyunda 5 qol vurub, 12 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right