Niderland millisinin üzvü Premyer Liqa klubunda

"Feyenord"un yarımmüdafiəçisi Antoni Milambo karyerasını İngiltərədə davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Brentford" niderlandlı hücumameyilli yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milambo ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Brentford" 20 yaşlı oyunçu üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Antoni Milambo "Feyenord"un yetirməsidir. Niderland U-21 millisinin üzvü ötən mövsüm Roterdam təmsilçisinin heeyətində meydana çıxdığı 43 rəsmi matçda  6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right