"Lion"un futbolçusu Said Benrahma karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Newsport.az xəbər verir ki, NEOM əlcəzairli vingeri yenidən icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanının yüksək liqasına yüksələn klubu 15 milyon avro ödəməklə 29 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Said Benrahma ötən mövsümün ikinci yarısında da icarə əsasında NEOM-un formasını geyinib.