Məşhur hücumçu Səudiyyə Ərəbistanına üz tutdu

"Lion"dan ayrılan Aleksandr Lyakazettin yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, fransalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Lyakazett yüksək liqaya vəsiqə qazanan NEOM-la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksandr Lyakazett ötən mövsüm "Lion"un heyətində meydana çıxdığı 42 rəsmi matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right